Gündəm

“Saxlanılan ermənilərlə bağlı verilən qərar Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını göstərir”

“Saxlanılan ermənilərlə bağlı verilən qərar Azərbaycanın humanizm prinsiplərinə sadiq qaldığını göstərir”

“Vətən müharibəsində Azərbaycan qələbə çaldı, regionda yeni reallıq yarandı. Bu reallıq fonunda Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı cinayət əməlləri açıq-aşkar görünür”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra erməni diversantlarının Azərbaycan ərazisinə keçərək təxribat törətmələri haqqında məlumatlar daxil oldu. Məsələ ilə bağlı cinayət işi başlanıldı. Saxlanılan şəxslərin məhkəmə prosesləri çox obyektiv keçirilib, bir çox beynəlxalq təşkilatların, səfirliklərin nəzarəti altında olub. Məlum oldu ki, həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri olmayıb. Onlar hərbi xidmətə getmək, döyüşmək istəməyiblər, Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Azərbaycan məhkəməsi onların bəziləri barəsində çox yüngün cəza çıxardı. Ölkəmizin ümanist addımlar atmasına baxmayaraq, Ermənistan rəhbərliyinin bizə qarşı düşmən münasibəti davam edir. Onlar müharibə şokundan çıxa bilmirlər. Biz ermənilərdə həyasızlığın hər növünü görmüşük. Saxlanılan şəxslərin ifadələri bunu bir daha sübut edir. Azərbaycan isə sülh mövqeyindən çıxış edir, müqavilə bağlanılması üçün şərtlər irəli sürür. Bütün bunlar Azərbaycan dövlətinin humanist olmasını, qanunun aliliyini əsas tutduğunu göstərir. Azərbaycan məhkəməsinin bu humanist qərarı, ola bilər ki, ölkə daxilində bəzi insanları razı salmasın. Ermənistanın bu cür aqressiyasının qarşısında cəmiyyəti inandırmaq çətindir. Amma qanun, humanizm, insanpərvərlik hər şeydən alidir. Azərbaycanın bu addımını hər kəs görməlidir, yalnız korlar görməyə bilər”.

Qeyd: İyulun 2-də Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin məhkəməsində prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Demokrat.az

D
demokrat.az