Gündəm

Ələt Azad İqtisadi Zonası iqtisadi dividentlər vəd edir

Ələt Azad İqtisadi Zonası iqtisadi dividentlər vəd edir

Prezident İlham Əliyevin iştirakı ilə ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri yekunlaşıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq, iqtisadiyyatımızın inkişafına ciddi təsiri olacaq azad iqtisadi zonalar yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal, xidmət sahələrinin təşkilinin dəstəklənməsində xüsusi rola malikdir.

Dünya təcrübəsinə diqqət etsək görərik ki, iqtisadi zonalar bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazilər olmaqla mahiyyət etibarilə ölkənin digər ərazilərində tətbiq edilməyən xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissədir. Belə demək mümkünsə, dövlət bu zonalarda özünün iqtisadi proseslərə müdaxiləsini daha da məhdudlaşdırır.

Azad iqtisadi zonaların yaradılma məqsədləri onları təşkil edən dövlətlərin nümunələrində başqadır. Bu, bilavasitə həmin dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, planlarından, hansı məqsədləri hədəfləməsindən asılıdır. Bu səbəbdən, hər bir konkret halda, azad iqtisadi zonaların yaradılması səbəbləri və məqsədləri bir-birindən fərqlənir. Ayrı-ayrı ölkələrin təcrübəsində bu zonaları yaradarkən sırf beynəlxalq iqtisadi əlaqələrin fəallaşdırılmasının, regionlararası fərqlərin aradan qaldırılmasının, məşğulluğun artırılması və milli səviyyədə iqtisadi konyunkturanın fəallaşdırılmasının hədəfləndiyini görə bilərik. Bəs Azərbaycanda belə zonaların yaradılmasında əsas məqsəd nədir?

Son illər Azərbaycanda sahibkarlığın inkişafının yeni modelləri uğurla tətbiq edilməyə başlanılıb. Bura qeyd etdiyimiz xüsusi iqtisadi zonaların yaradılması ilə yanaşı, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində görülən işləri də əlavə etmək olar.

Ələt Azad İqtisadi Zonası yaradılarkən əsas hədəflər sırasında

- innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb olunması,

- həmin əcnəbi şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması,

- investisiya mühitinin daha da yaxşılaşdırılması,

- yeni rəqabətqabiliyyətli və səmərəli istehsal, xidmət sahələrinin təşkilinin dəstəklənməsi,

- qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təmin edilməsi,

- dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artması,

- həmçinin, on minlərlə yeni iş yeri yaratmaq

yer alıb. Bu layihənin icrası ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.

Bütün bu hədəflərə çatmaq isə tam realdır.

Birincisi, Prezident İlham Əliyevin bununla bağlı sabit siyasi iradəsi ortadadır. Bunu görmək üçün Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm layihələrə baxmaq yetər. Azərbaycanda ümumi daxili məhsulun strukturunda neft sektorunun üstünlüyü aradan qalxıb.

Prezident islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək daha əlçatan və əhali məmnunluğuna hesablanan siyasәt strategiyası gerçəkləşdirib və qәbul edilən fundamental qәrarlar, sırf әmәli fәaliyyәtә, praqmatizmә söykәnib, reallığa adekvat xarakter daşıyıb. İctimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması Azәrbaycanı Cәnubi Qafqaz regionunda böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirib.

İkincisi, azad iqtisadi zonaların uğur qazanmasında coğrafi mövqe olduqca önəmlidir. Prezident təməlqoyma mərasimində bu məsələnin üzərində xüsusi dayandı. Vurğuladı ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə də bu coğrafi vəziyyəti nəzərə alaraq səmərəli və gərgin əmək sərf olunub.

İnvestorlar üçün daha da cəlbedici şərtlər təqdim edilməsi işi aparılıb, qanunvericilik sahəsində işlər görülüb. Nəticədə həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanun qəbul olunub. Ələt qəsəbəsinin Bakı şəhərinə yaxın olması, burada Beynəlxalq Dəniz Limanının fəaliyyət göstərməsi, infrastruktur layihələrinin icrası üçün bütün ilkin şərtlərin mövcudluğu, Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının olması da qeyd olunmalı məqamlardır. Bu, infrastruktur layihələrinə qoyulan xərclərin nisbətən az olmasını şərtləndirəcək. Buradan beynəlxalq dəhlizlərin: Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizinin keçməsi də logistika, nəqliyyat baxımından mühüm amildir.

Üçüncüsü, Azərbaycanda mövcud olan sərmayə iqlimi, həyata keçirilən islahatlar Ələt Azad İqtisadi Zonasının əsas hədəflərinə çatacağını deməyə tam əsas verir. Azərbaycan bütün dünyanın, xarici investorların yaxından izlədiyi Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlində, Dünya Bankının “Doing Business” hesabatında önəmli mövqeyə malikdir. Azərbaycan hesabatda 190 ölkə arasında 28-ci yerə layiq görülüb. və inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdə, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə, gəmiçilik xidmətlərinə görə 25-ci yerdə qərarlaşıb. Avtomobil yollarının keyfiyyətinə görə isə ölkmiz 24-27-ci yerləri bölüşür.

Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır.

Azərbaycan digər bütün parametrlərinə görə də investorlar üçün cəlbedici ölkədir. Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir, mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında nümunə rolunu oynayır, uzunmüddətli ictimai-siyasi sabitlik mövcuddur.

Beləlikə, pandemiyanın yaratdığı çətinlikləri dəf etməyi bacaran Azərbaycanda sosial-iqtisadi layihələrin təxirə salınmasının, uğurla icrasının şahidiyik. Ölkәmizdəki islahatlar onun qabaqcıl mövqeyi barәdә beynәlxalq alәmdәki rәyin daha da möhkәmlәnmәsinə, imicinin daha da güclənməsinə təkan verib. Azərbaycan təkbaşına Qarabağ münaqişəsini həll edib, bölgədə yeni reallıq yaradıb.

Bütün bunlar və yuxarıda sadaladığımız digər amillər Azәrbaycanı investorların cəlbi baxımından ən əlverişli ölkəyə çevirməklə, daha böyük iqtisadi uğur vә nailiyyәtlәr əldə etməsinə şərait yaradacaq.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az