Gündəm

Ahıskalı şəhidlər ilə bağlı silsilə sənədli filmlər hazırlandı — VİDEO

Ahıskalı şəhidlər ilə bağlı silsilə sənədli filmlər hazırlandı — VİDEO

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanovun dəstəyi və təlimatı əsasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II Qarabağ Savaşında qəhramanca şəhid olan Ahıska Türkü şəhidlərinin cəmiyyətə tanıdılması istiqamətində layihə həyata keçirilib.

DATÜB-ün mətbuat katibi Mövlud Işık-ın Qazet.az-a verdiyi məlumata görə, layihə çərçivəsində ikinci Qarabağ müharibəsi zamanı şəhid olan 9 Ahıskalı Türk şəhidin xatirəsi əbədiləşdirilib və onların hər birinin adına sənədli film hazırlanıb.

Filmlərdə şəhidlərin döyüş yolundan, igidliyindən bəhs edilərək, onlar haqqında valideynlərinin və yaxınlarının xatirələri və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Qazet.az sözügedən layihə çərçivəsində DATÜB dəstəyilə Mövlud Işık tərəfindən çəkilən və hazırlanan sənədli filmləri təqdim edir:

Şəhid İlham Məmmədov

Demokrat.az

D
demokrat.az