İdman

PSJ Mbappenin qardaşı ilə müqavilə bağladı

PSJ Mbappenin qardaşı ilə müqavilə bağladı

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Paris təmsilçisi ilə peşəkar müqavilə imzalayıb. 3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək. PSJ onunla yanaşı, digər gənc oyunçu Senni Mayulunu əvəzedici komandaya cəlb edib. Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən paytaxt klubunun formasını geyinir.

D
demokrat.az