Sosial

Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət etdi

Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət etdi

Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Bu barədə Demokrat.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Demokrat.az

D
demokrat.az