Sosial

BMT-nin ali nümayəndəsi Azərbaycana rəğbətindən DANIŞDI

BMT-nin ali nümayəndəsi Azərbaycana rəğbətindən DANIŞDI

“İspaniyanın xarici işlər naziri olduğum zamandan Azərbaycana xüsusi sevgim olub”.

Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

Onun sözlərinə görə, Azərbaycanın xüsusi nailiyyətləri var ki, onları danmaq olmaz:

“Bu ölkədə adət ənənələr məsələlərə yanaşmada, səxavətlilikdə özünü büruzə verir. Azərbaycana səfərim çərçivəsində məndə müsbət təəssüratlar yarandı. Vətəndaşlarınız səfərbər olaraq gələcək layihələrə dəstək olurlar. Biz sanki tarixin növbəti fəslinə qədəm qoymuşuq”. / oxu.az

D
demokrat.az