Avro-2020-nin C qrupunun oyunları başa çatıb.
Demokrat.az xəbər verir ki, əvvəlcədən 1/8 finala vəsiqəni təmin edən Niderland Şimali Makedoniya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Bununla da "zanbaqlar" maksimum nəticə ilə qrup lideri olub. Daha çox maraq kəsb edən matçda Avstriya Ukrayna üzərində 1:0 hesablı qələbə qazanıb və 2-ci yerin sahibi kimi adını 1/8 finala yazdırıb.
21 iyun AVRO-2020 III tur
C qrupu 20:00. Ukrayna - Avstriya - 0:1 Qol: Baumqartner, 21 Baş hakim: Cüneyt Çakır (Türkiyə) Buxarest. “Nasional” stadionu
20:00. Şimali Makedoniya - Niderland - 0:3 Qollar: Memfis Depay, 24, Veynaldum, 51, 58 Baş hakim: İştvan Kovaç (Rumıniya) Amsterdam. “Yohan Kroyf Arena”
Demokrat.az


