Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müvafiq vəzifələrə yeni təyinatlar olub.
Demokrat.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Günay Qurbanova BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.
Təhsil nazirinin digər əmrinə əsasən, Səccət Mahmudov Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Demokrat.az


