Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.
Belə ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
* * *14:39
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
“Report” bildirir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zaman Xaçmaz rayonunun 3 sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov həlak olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Demokrat.Az


