Hadisə

Bakıda yol qəzası oldu, azyaşlı xəsarət aldı

Bakıda yol qəzası oldu, azyaşlı xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda olub.

Belə ki, 8 noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb.

Qəza zamanı bir azyaşlı oğlan xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

D
demokrat.az