"Azərbaycan dövləti həbsxanada tutduğu vətəndaşının belə qayğısına qalmaqla məşğuldur".
Demokrat.Azxəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Həsrət ARB kanalında İbrahim Məmmədovun müəllifi olduğu "Günə baxış" proqramında qonaq olarkən səsləndirib. O,Mehman Hüseynovun heç də aclıq keçirmədiyini bildirib:
"Ortalıqda bir fakt var. Biz bunun ətrafında danışa bilərik. Bu gün hüquq müdafiəçilərinin, Mehmanın Hüseynovun atasının gedib onunla canlı təmasda olması, görüşməsi, bir saat ərzində söhbət etməsi - böhtan və şantaj kampaniyasını faş etmiş oldu. Bəlli oldu ki, Mehman Hüseynov heç də aclıq keçirmir. Onun səhhətində ciddi problem yoxdur. Yəni hamı necə, o da elədir. Yəni bu gün böyük bir kampaniya deşifrə edildi. İndi isəMehman Hüseynovun üzərindən bir çox insan, o cümlədən qardaşı Emin Hüseynov manipuliyasiya edir".
Demokrat.Az


