İdman

AVRO-2020: Türkiyə açılış matçında İtaliyaya uduzdu — YENİLƏNİB

AVRO-2020: Türkiyə açılış matçında İtaliyaya uduzdu — YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının açılış oyununda İtaliya millisi Romanın "Olimpiko" stadionunda Türkiyə ilə qarşılaşır.

Demokrat.az-ın xəbərinə görə,ilk hissəsi qolsuz bitən oyunun 53-cü dəqiqəsində İtaliya hesabı açıb.

Birinci qolu türkiyəli müdafiəçi Melih Demiral öz qapısından keçirib. 66-cı dəqiqədə italiyalılar fərqi iki topa çatdırıb. Bu dəfə Ciro İmmobile toru silkələyib. 79-cu dəqiqədə Lorenzo İnsiyne rəqib müdafiədəki səhvi bağışlamayıb (3:0)

11 iyun

AÇ-2020, A Qrupu

23:00. Türkiyə - İtaliya - 0:3 (ilk hissə 0:0) Qollar: Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3) İtaliya, Roma, "Olimpiko" stadionu Baş hakim: Denni Makkelin (Niderland)

Türkiyə: 23.Uğurcan Çakır (GK), 2.Zeki Mert Çelik, 3.Merih Demiral, 4.Çağlar Söyüncü, 5.Okay Yokuşlu, 6.Ozan Tufan, 9.Kenan Karaman, 10.Hakan Çalhanoğlu, 11.Yusuf Yazıcı, 13.Umut Meraş, 17.Burak Yılmaz (C)

İtaliya: 21.G.Donnarumma (GK), 3.Çiellini (C), 4.Spinazzola, 5.Lokatelli, 8.Jorjinyo, 10.L.İnsiyne, 11.D.Berardi, 17.Ç.İmmobile, 18.Barella, 19. L.Bonucci, 24.Florenzi.

Demokrat.az

D
demokrat.az