Hadisə

Salyanda qaz partladı, 46 yaşlı müəllimə yandı

Salyanda qaz partladı, 46 yaşlı müəllimə yandı

Bu gün səhər saatlarında Salyan şəhəri, 20 yanvar küçəsi, ev 62-də qaz sızması nəticəsində yanğın hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, evin sahibəsi - 46 yaşlı baxça müəlliməsi mətbəxdə işığı yandırmaq istəyərkən yanğınla müşayiət olunan partlayış baş verib.

Hadisə nəticəsində qadın yuxarı və aşağı ətrafların, üzün 1-ci, 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri alıb.

Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilən Ə.Bayramova vəziyyəti ağır olduğu üçün Respublika Yanıq Mərkəzinə köçürülüb.

D
demokrat.az