"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, "Red Bull" pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Meksikalı sürücü ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub.
Aston Martin"də çıxış edən Sebastyan Fettel ikinci, "Alpha Tauri" komandasından Pyer Qasli üçüncü yeri tutub.
Hər üç pilot bu il ilk dəfə podiumda yer alacaq.
Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 15-ci sıra ilə kifayətlənib.
Yarışın əvvəlində "Alpine"dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə "Aston Martin"dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb. 49-cu dövrədə lider olan "Red Bull" pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun idarə etdiyi bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.
2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.
16:00 Formula 1 Azərbaycan Qran Prisi 2021-ə start verilib.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan Qran-Prisində hərəsində iki pilot olmaqla 10 komanda birincilik uğrunda mübarizə aparacaq.
Ötən gün təşkil olunan sıralanma turu ilə dünya çempionatının 6-cı mərhələsi olan Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib.
Yarışın start düzülüşünü təqdim edirik:
1. Şarl Lekler (“Ferrari”)
2. Luis Hamilton (“Mercedes”)
3. Maks Ferstappen (“Red Bull Racing”)
4. Pyer Qasli (“AlphaTauri”)
5. Karlos Sayns (“Ferrari”)
6. Serxio Peres (“Red Bull Racing”)
7. Yuki Tsunoda (“AlphaTauri”)
8. Fernando Alonso (“Alpine”)
9. Lando Norris (“McLaren”)
10. Valtteri Bottas (“Mercedes”)
11. Sebastyan Fettel (“Aston Martin”)
12. Esteban Okon (“Alpine”)
13. Daniel Rikkardo (“McLaren”)
14. Kimi Raykkonen (“Alfa Romeo”)
15. Cord Rassle (“Williams”)
16. Nikolas Latifi (“Williams”)
17. Mik Şumaxer (“Haas”)
18. Nikita Mazepin (“Haas”)
19. Lens Stroll (“Aston Martin”)
20. Antonio Covinatsi (“Alfa Romeo”)
Trend


