"Azərbaycan müharibə zamanı ələ keçirilən əsirləri Ermənistana təhvil verdi. Onlar müharibə zamanı ələ keçirildikləri, tutulduqları üçün hərbi əsir sayılır. Təxribatdan sonra ələ keçirilənləri buraxmaq kimi öhdəliyimiz yoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanda olan erməni erməni hərbçiləri haqqında danışarkən deyib.
O, bildirib ki, bu şəxslər terrorçudurlar və cinayət törədiblər: 
Hüquq müdafiəçisi saxlanılan şəxslərin vəziyyətindən də danışıb:
"Bizdə onlara pis davranmırlar. Mütəmadi olaraq onların vəziyyəti, proseslərin gedişi ilə maraqlanırıq. Ombudsman aparatı da onlarla əlaqə saxlayır, gedib görüşürlər. Saxlanılan erməni hərbçilərinin haqlarının pozulmasından söhbət gedə bilməz. Onlar hətta öz ailələri ilə də telefon əlaqəsi saxlayıblar. Azərbaycan hər zaman təmkinli və beynəlxalq hüquqlara sadiq ölkə olub, indi də belədir".
Aygül Qarayeva Demokrat.az


