Şou-biznes

Samirə Əfəndi Avroviziyadan yazdı: "Biz artıq qalibik"

Samirə Əfəndi Avroviziyadan yazdı: Biz artıq qalibik

“Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.

Demokrat.az xəbər verir ki, bu sözləri “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.

Qeyd edək ki, “Avroviziya-2021”in qalibi 524 xalla İtaliya təmsilçisi “Maneskin” qrupu olub.

İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi isə 20-ci pillədə qərarlaşıb.

D
demokrat.az