Mədəniyyət

Tamaşaçı səsverməsində Azərbaycan 33 bal topladı — CANLI (YENİLƏNİR)

Tamaşaçı səsverməsində Azərbaycan 33 bal topladı — CANLI (YENİLƏNİR)

“Avroviziya” mahnı müsabiqəsinin böyük finalı başlayıb.

Demokrat.az xəbər verir ki, final mərasimi Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilir.

Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparır.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edib.

***

Yarışmanın finalında səsvermə başlayıb.

***

İsrail Azərbaycana 2 xal verib.

***

Ukrayna Azərbaycana 3 xal verib.

***

Gürcüstan ölkəmizə 5 xal verib.

***

Rusiya 8 xalı ölkəmizə verib.

***

İsveçrə Azərbaycana 2 xal verib.

***

Niderland da ölkəmizə 2 xal verib.

***

Tamaşaçı səsverməsinə əsasən Azərbaycan 33 bal toplayıb. Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb.

Demokrat.az

D
demokrat.az