Hadisə

Polis Şəkidə 1 ton 500 kiloqram narkotik bitkini yandırdı

Polis Şəkidə 1 ton 500 kiloqram narkotik bitkini yandırdı

Şəkidə 1 ton 500 kiloqram narkotik vasitə məhv edilib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Demokrat.az

D
demokrat.az