Dmanisidə iki gündür davam edən qarşıdurma sona çatıb.
Demokrat.az xəbər verir ki, Daxili işlər naziri, digər hökumət nümayəndələri və din xadimlərinin birbaşa iştirakı ilə tərəflər arasında barışıq əldə edilib.
Tərəflər Dmanisi rayon icra hakimiyyət binasında bir araya gələrək, problemi dialoq yolu ilə həll etmək qərarına gəliblər.
Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət göstəriblər.
Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər.
Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində fiziki qarşıdurmalar yaşanıb./24News.ge


