Dünya

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 333-ə yüksəldi

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 333-ə yüksəldi

Ermənistanda son sutkada koronavirusa 67 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 220 927-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 10 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4333-ə yüksəlib.

Koronavirusa yoluxan 208 899 nəfər sağalıb. Hazırda 6 635 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

D
demokrat.az