Hadisə

Bakının mərkəzində 7 maşın qəzaya düşdü, xəsarət alan var — FOTO

Bakının mərkəzində 7 maşın qəzaya düşdü, xəsarət alan var — FOTO

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

D
demokrat.az