Bu gün saat 17:00 üçün Respublika Baş Prokurorluğuna çağrılan "Demokrat.Az" xəbər portalının baş redaktoru Vasif Həsənli Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovla görüşüb.
Görüşdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da iştirak edib.
Görüş zamanı Baş Prokurorun birinci müavini Rüstəm Usubov jurnalistdən "Demokrat.Az" saytında gedən bir neçə yazının çıxarılmasını istəyib.
Daha sonra saytda gedən həmin yazılarla bağlı baş redaktor Vasif Həsənliyə şifahi xəbərdarlıq edilib.
Demokrat.Az


