Gündəm

Mustafa Krımoğludan Azərbaycana DƏSTƏK

Mustafa Krımoğludan Azərbaycana DƏSTƏK

Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğludan Azərbaycana dəstək gəlib.

Demokrat.az xəbər verir ki, Ukraynadakı Azərbaycan diasporunun təmsilçisi Yalçın Qəhrəmanoğlunun paylaşımına Krımoğlu dəstək verib.

Qəhrəmanoğlu, Mustafa Əbdülcəmil Krımoğlunun və onun təmsilçisi Elşən Cəfərlinin olduğu bir foto paylaşıb.

Fotoda Krımoğlu əlindəki kağızla dəstəyini ifadə edib. Kağızda "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" mesajı verilib.

Demokrat.az

D
demokrat.az