ABŞ-ın təyyarədaşıyan gəmisi Fars körfəzində

DÜNYA 22 dek 2018, 15:18

ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxmasından bu yana ilk dəfə Fars körfəzinə Amerika təyyarədaşıyan qruplaşması daxil olub.

 

BakuPost xəbər verir ki, "Jhon C.Stennis” təyyarədaşıyanıın başçılığı ilə zərbə qruplaşması körfəzə daxil olarkən İranın İnqilab Keşikliləri Korpusunun dəniz qüvvələrinin gəmiləri onu izləməyə başlayıblar.

 

Agentliyin məlumatına görə, hansısa məqamda” İran gəmiləri "qarşı tərəfə raketlər buraxıblar və havaya pilotsuz aparat qaldırıblar.

 

Hadisənin digər detalları məlum deyil. Pentaqon hələlik insidenti şərh etməyib.


 
"Assosiated Press” qeyd edir ki, Amerika təyyarədaşıyan qruplaşmasının Fars körfəzinə daxil olması İran hakimiyyətinin Hörmüz körfəzini neft tankerlərinə bağlaya biləcəyi barədə təhdidlərindən sonraya təsadüf edir.


 
Hörmüz körfəzi Fars körfəzi ilə birləşir və oradan dəniz yolu ilə daşınan neftin üçdə bir hissəsi keçir. Hörmüz körfəzi İranın və Omanın ərazi sularıdır, amma ümumən bu rayon beynəlxalq tranzit marşrutunun bir hissəsidir və Amerika gəmiləri də müntəzəm olaraq oradan keçir.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top