Sosial

Azərbaycanda yeni avtomobil nömrələri istifadəyə verilib? — DYP-dən AÇIQLAMA

Azərbaycanda yeni avtomobil nömrələri istifadəyə verilib? — DYP-dən AÇIQLAMA

Sosial şəbəkələrdə "100" və "110"la başlayan avtomobil qeydiyyat nişanlarının fotosu yayılıb.

Yayılan fotolarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, qeydiyyat nişanlarının seriyası ilə bağlı hər hansı yenilik yoxdur:

""100" seriyası ilə başlayan dövlət qeydiyyat nişanları diplomatik korpuslara, "110"la başlayan qeydiyyat nişanları isə traktorlara verilir".

D
demokrat.az