Hadisə

Çili səfirliyi Bakıda fəaliyyətə başladı

Çili səfirliyi Bakıda fəaliyyətə başladı

Kolumbiyanın Azərbaycandakı səfirliyi öz ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadoya verib.

Demokrat.Az xəbər verir ki, bu barədə Çili səfirliyindən Turan agenliyinə daxil olan press-relizdə deyilir.

"Bundan sonra Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda birgə fəaliyyət göstərərək təkcə ikitərəfli münasibətləri deyil, həm də bölgənin maraqlarını gücləndirəcəklər", - deyə məlumatda qeyd olunur.

Demokrat.Az

D
demokrat.az