Hadisə

Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurdu - ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurdu - ÖLƏN VƏ YARALANANLAR VAR

Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.

Demokrat.Az-ın məlumatına görə, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib.

Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır. (sfera az)

D
demokrat.az