Sosial

Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib

"Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir”.

Demokrat.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirib.

Nazir əlavə edib ki, bundan başqa 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub.

"Nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib" - deyə o, qeyd edib.

D
demokrat.az