Hadisə

Kərim Babayevin bazarlarına ordu yeritdilər, yüzlərlə saxlanılan var — VİDEO

Kərim Babayevin bazarlarına ordu yeritdilər, yüzlərlə saxlanılan var — VİDEO

Rusiyanın Rostov vilayətində güc strukturları dünən səhər saatlarında azərbaycanlı biznesmen Kərim Babayevə məxsus üç nəhəng ticarət mərkəzində xüsusi əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, 3500-ə yaxın polis, hərbçi və "Rosqvardiya” döyüşçüləri vilayətin Aksay rayonunda biznesmenə məxsus "Almaz”, "Klassik” və "Atlant” ticarət mərkəzlərini mühasirəyə alıb, nəticədə yollarda uzunluğu kilometrlərlə ölçülən tıxaclar yaranıb.

Biznesmenin "Almaz”, "Klassik” və "Atlant” adlı üç bazarı isə Aksay rayonunun inzibati ərazisində, faktiki olaraq isə Rostov şəhərinin çıxışında 15 hektar ərazidə yerləşir. "Rostov Gazeta” bildirir ki, bazarlarda keçirilən xüsusi əməliyyat zamanı 460 ticarətçi və ticarət köşklərinin sahibləri saxlanılaraq aparılıb. Onların qeyri-leqal miqrantlar olduğu bildirilir. Saxlanılanlar Əfqanıstan, Ermənistan, Azərbaycan və Türkiyə vətəndaşlarıdır. Bazarda işləyən qeyri-leqal miqrantların əksəriyyətinin mayın 4-nə qədər deportasiya olunacaqları deyilir. Saxlanılanları Rostovun bir neçə polis bölməsinə aparıblar. Bəzi məlumatlara görə bazarların ərazisində qeyri-leqal miqrantların yaşadığı qanunsuz tikililər də aşkarlanıb.

Hər üç bazar hazırda bağlıdır, onların sonrakı taleyinin necə olacağı məlum deyil.

Həbs olunan rayon başçısı Vitali Borzenkonun uzun illərdir Kərim Babayevlə əlbir olaraq ona torpaq sahələri ayırdığı, bazarlarından haqq aldığı bildirilir. KİV-lər K.Babayevin Rusiyada da çoxsaylı biznesmen qohumlarının olduğunu yazır.(virtualaz.org)

D
demokrat.az