Şou-biznes

Arif Quliyevin səhhəti yenidən pisləşdi

Arif Quliyevin səhhəti yenidən pisləşdi

Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib.

Bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə APA-ya açıqlamasında aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib.

Demokrat.az

D
demokrat.az