Şou-biznes

Baloğlan Əşrəfovun vəsiyyəti yerinə yetirildi — FOTOLAR

Baloğlan Əşrəfovun vəsiyyəti yerinə yetirildi — FOTOLAR

Ötən gecə dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfov bir neçə dəqiqə əvvəl Masallıda dəfn edilib.

Demokrat.az xəbər verir ki, Əməkdar artist Yusif Mustafayev bildirib ki, bu, müğənninin öz vəsiyyəti olub:

"Vəsiyyət etmişdi ki, ata-anamın yanında dəfn olunum. Ona görə də polislərin müşayiəti ilə Bədəlan kəndinə gətirildi və burada dəfn olundu".

Qeyd edək ki, koronavirusa yoluxan sənətçi ötən gün dünyasını dəyişib.

Demokrat.az

D
demokrat.az