Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.
Demokrat.az xəbər verir ki, nazirin əmri ilə Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev vəzifəsindən azad edilib.
Digər əmrlə E.Dəmirçiyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.(qafqazinfo.az)


