Hadisə

Bakıda sökülməkdə olan evlərdə yanğın — FOTO

Bakıda sökülməkdə olan evlərdə yanğın — FOTO

Bakının Yasamal rayonunda yanğın baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə İbrahim Əbilov küçəsindəki (keçmiş "Sovetski") sökülmə ərəfəsində olan evlərdə qeydə alınıb.

Yanğın bir-birinə bitişik bir neçə evi əhatə edib.

Hadisə yerində FHN-in yanğınsöndürənləri çalışır./APA

D
demokrat.az