Gündəm

Türkiyədə müalicə alan Vahid Əhmədovun SON DURUMU

Türkiyədə müalicə alan Vahid Əhmədovun SON DURUMU

Hazırda Türkiyədə müalicə alan Milli Məclisin deputatı Vahid Əhmədovun vəziyyəti stabildir.

Demokrat.az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən deputat özünü yaxşı hiss etdiyini deyib:

“Müayinə və müalicələr davam edir, ümumi vəziyyət normaldır”.

V.Əhmədov müalicə periodu tam başa çatdıqdan sonra ölkəyə qayıdacağını bildirib.

Qeyd edək ki, V.Əhmədov aprelin 5-də səhhətində yaranmış problemlə bağlı Türkiyəyə gedib.

D
demokrat.az