Şou-biznes

Mətanət İsgəndərli: "Nəslimizdə hamı koronavirusa yoluxub"

Mətanət İsgəndərli: Nəslimizdə hamı koronavirusa yoluxub

Əməkdar artist Mətanət İsgəndərlinin ailəsi koronavirusa yoluxub.

Demokrat.az "axşam.az"a istinadən xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb.

O bildirib ki, Bakıda olan valideynlərinin testi pozitiv olub:

"Nəslimizdə hamı koronavirusa yoluxub. Anam, atam və bacım da xəstədir. Özüm Moskvadayam, ürəyim onların yanındadır. Buradan onlara yardım edirəm. Hələ uzun müddət Bakıya qayıtmağı düşünmürəm".

D
demokrat.az