Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.
Demokrat.Az xəbər verir ki, dövlət başçısının 2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini qazanıb.
Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib:
“Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.
Demokrat.Az


