İdman

Boksçumuz erməni rəqibini məğlub etdi — FOTO

Boksçumuz erməni rəqibini məğlub etdi — FOTO

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

Demokrat.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.(report.az)

D
demokrat.az