Sosial

Nazir müavini: “Ehtiyatda 1 milyon doza vaksin var”

Nazir müavini: “Ehtiyatda 1 milyon doza vaksin var”

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var. Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. Səhiyyə nazirinin müavini deyib ki, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

D
demokrat.az