Sosial

"Gərək həmin məmurların uşaqları autizm sinromu daşısın ki, ..."

Gərək həmin məmurların uşaqları autizm sinromu daşısın ki, ...

“Gərək həmin məmurların uşaqları autizm sinromu daşısın ki, onlara nə qədər vəsait xərcləndiyin görsünlər?” Bunu Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi ətrafında çıxış edən deputat Əli Məsimli deyib. Əli Məsimli bildirib ki,Ombudsman məruzəsində cəmiyyətimizi narahat edən, həllini gözləyən çox önəmli problemlərə toxunub və 30-dan artıq təkliflə çıxış edib ki, bu təkliflərin öz həllini tapması cəmiyyətimiz üçün olduqca vacib məsələlərdəndir.Həmin məsələlərin xeyli hissəsi deputatlara olan müracitlərdə də öz əksini tapır. Millət vəkili Ombudsmanın məruzəsində də öz əksini tapan və cəmiyyətimizi narahat edən bir sıra məsələlərə diqqət çəkib, həm də konkret təkliflərlə çıxış edərək əlavə edib ki, deputat kimi onlara daha çox müraciətlər insanların işlə təmin edilməsi ilə bağlıdır: “Bu məsələdə etinasızlıq aradan qaldırılmalıdır. Eləcə də şəhid ailələri və qazilərlə bağlı problemlər həlli sürətləndirilməlidir. “Bizə müharibə iştirakçıları tərəfindən əlilliklə bağlı xeyli müraciətlər edilir. Biz o insanlara borcluyuq. Bu həm də insanlıq məsələsidir Onları get-gələ salmaq olmaz. Onların get-gələ salanlara layiqli cavablar verilməlidir”. Ə.Məsimlinin digər təklifi ünvanlı sosial yardımla bağlı olub: “Kəndlərdə əhalinin bir hissəsi kiçik torpaq sahəsi olduğuna görə ünvanlı sosial yardım ala bilmir.Halbuki onların ya heç bir gəliri yoxdur,ya da ki, gəlirləri ehtiyac meyarından qat-qat aşağıdır.Bu məsələ tərəfimizdən dəfələrlə qaldırlıb və bu cür aşağı gəliri olan insanlar da yardım almalıdır. Bu məsələdə fərqli yanaşma olmamalıdır”. Deputat çıxışı zamanı autizmli uşaqlarla bağlı məsələni də qaldırıb. Aprelin 2-nin BMT tərəfindən dünyada Autizm Günü kimi qeyd edildiyini xatırladan deputat hesab edir ki, autizm sindromu yaşayan uşaqlara münasibətdə biganəliyin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır:“Belə sindrom daşıyan uşaqlara verilən müavinətlər məsələsinə baxmaq, bu cür insanlara xüsusi qayğı lazımdır. Həmin uşaqların bir hisssinə verilən simvolik müavinətlər də kəsilib. Onlara diaqnoz qoymaq çox asan məsələdir. Gərək həmin məmurların uşaqları autuzm sinromu daşısın ki, o da görsün ki, onlara nə qədər vəsait xərclənir?”. Əli Məsimli Ombudsmanın məruzəsində qanunvericilik aktlarının təkmilləşdirlməsinə dair irəli sürülən təkliflərə diqqətin gücləndirilməsinin vacibliyini bildirib və xüsusən də Əmək Məcəllsinin 79-cu maddəsinə əmək pepensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması məsələsinin Milli Məclisin elə bu yaz sessiyasında baxılmasının təmin edilməsini zəruri hesab edib.Bununla yanaşı deputat Ombudsmanın məruzəsində qanunvericilik aktlarının təkmilləşdirlməsi ilə bağlı digər bir məsələyə də diqqəti çəkərək bildirib ki, “Sosial sığortra haqanuna” qanuna müvafiq dəyişiklik edilməklə işləyən pensiyaçılardan sosial sığorta haqqının tutumlası kimi məntiqsiz hallara da son qoyulmalıdır.

D
demokrat.az