“Əgər maskalar istehsal olunan zaman tərkibinə qurd yumurtaları yerləşdirilsə, suya salan kimi qurdlar görünməyə başlaya bilər”. Bunu Pravda.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib. O bildirib ki, yayılan videoların doğru olması mümkündür: “Maskalarda, doğrudan da, qurd yumurtaları yerləşdirilirsə, bu, sağlamlıq üçün təhlükəlidir. Həmin maskalardan istifadə edənlər qurd xəstəliyinə tutula bilərlər”. Qeyd: İsti suya salınan ağ rəngli tibbi maskaların üzərində qara qurdların olması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Demokrat.az


