Hadisə

Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Abdullayevaya döş qəfəsinin, R.Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub.

D
demokrat.az