Hadisə

Bakıda yaşayış binasındakı yanğın söndürüldü — YENİLƏNİB

Bakıda yaşayış binasındakı yanğın söndürüldü — YENİLƏNİB

Bakının Binəqədi rayonunda beşmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Demokrat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

08:19 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

D
demokrat.az