Əməkdar artist Zöhrə Abdullayeva "Elgizlə izlə" proqramına telefonla bağlanaraq səhhəti barədə danışıb.
Demokrat.az xəbər verir ki, hazırda xəstəxanada olan müğənni müalicəsinin davam etdiyini deyib: "Xəstəxanadayam, sistem edirlər. Hələ buradayam, görək nə olur".
Qeyd edək ki, oynaq xəstəliyindən əziyyət çəkən müğənninin vəziyyəti ağırlaşıb və o, yeriməkdə çətinlik çəkir. Z.Abdullayeva 30 kiloqram arıqlayıb.
Demokrat.az


