Hadisə

Məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın oldu

Məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın oldu

Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 100 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az