“Düşmən nə günə salıb Şuşanı”.
Demokrat.azxəbər verir ki, bu sözləri Şuşa şəhərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Bulaqları da bərpa edəcəyik. 30 il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar”-deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, artıq məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib:
“İlkin araşdırmalara başlanılıb, yaxın gələcəkdə layihə təqdim ediləcək”.


