Xəbər verdiyimiz kimi, Milli Qəhrəman, General-leytenant Rövşən Əkbərov saxlanılıb.
Demokrat.az "yenicag.az"a istinadən xəbər verir ki, bu gün saat 18 radələrində Rövşən Əkbərov saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, Rövşən Əkbərovdan başqa da saxlanılanlar var.
Mənbəmizin verdiyi məlumata görə, general-mayor Xəqani Cəbrayılovun da saxlanılacağı deyilir. Bundan əlavə digər korpus komandirlərinin də, istintaqa cəlb ediləcəyi deyilir.
Səbəb kimi isə saxlanılan şəxslərin müharibə dövründə törətdiyi əməllər əsas göstərilir.
Demokrat.az


