Sosial

Tahir Əmiraslanov üçün özəl gündür

Tahir Əmiraslanov üçün özəl gündür

Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru, əməkdar mədəniyyət xadimi Tahir Əmiraslanovun doğum günüdür.

Demokrat.az xəbər verir ki, Azərbaycanın kulinariya generalı hesab olunan Tahir Əmiraslanov bu gün 63 yaşını qeyd edir.

Səbəbkarın fəaliyyəti haqqda qısa xatırlatmanı təqdim edirik:

Azərbaycan Milli Kulinariya Assosasiyasının təsisçisi, yaradıcısı və prezidenti Tahir Əmiraslanov Sovet Ticarət Universitetinin əyani "İctimai-iaşənin texnologiyası və təşkili” fakultəsində təhsil alıb.

Malta, Rumıniya, Yerusəlim, BƏƏ, Xorvatiya, Serbiya, Monqolustan və s. ölkələrin Kulinariya təşkilatlarının fəxri üzvü olan T.Əmiraslanov 1990-cı ildən SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri və bu təşkilatın idarə heyətinin üzvü, təbliğat şöbəsinin rəisi olub. Bu təşkilatın təqdimatının Bakıda təqdimatı, Moskvada 10 min nəfərə Novruz bayramının keçirilməsi və s. Azərbaycan həqiqətlərinin tanınmasına, Ermənistanın Kulinariya proseslərindən uzaqlaşmasına səbəb olub. 1990-cı ildən etibarən Rusiya və xarici ölkələrin mətbuatında Azərbaycan mətbəxi ilə bağlı çoxsaylı yazılar dərc etdirib.

2015-ci ildə T.Əmiraslanovun "Azerbaijan kitchen” kitabı kulinariya kitabları sərgisində Avropa Qitəsində və Dünyada I yer tutub. Dünyanın ən yüksək kulinariya mükafatlarının sahibidir.

Tahir Əmiraslanov eyni zamanda bir çox ilklərə imza atıb. Belə ki, o, Yeni İnformatik Qida Nəzəriyyəsinin banisidir, dünyada ilk dəfə Azərbaycanda bir çox elmi, folklor, ədəbi-fəlsəfi və digər ədəbiyyatı mətbəxin tədqiqatına gətirib, kulinariya tariximizi ilk dəfə üzə çıxarıb, ilk dəfə Qarabağ mətbəxini toplayıb. Bu kimi ilklər və kulinariyamıza xidmət edən addımlar kifayət qədərdir.

Bundan əlavə Tahir Əmiraslanov Gürcüstan Elmlər Akademiyasının, Fransa Milli Kulinariya Akademiyasının, Dünya Kulinariya İnstitutunun (DKİ) Məsləhət Şurasının və bunun kimi xeyli sayda akademiya və inistutunun fəxri üzvü və səfiridir.

Səbəbkarı doğum günü münasibətilə təbrik edir, Azərbaycan kulinariyasının tanıdılması və inkişafı yolunda misilsiz xidmətləri üçün təşəkkür edirik!

D
demokrat.az