Şou-biznes

"Açıq-saçıq obrazlara çəkilə bilərəm, mənim üçün maraqlı deyil kim nə danışır..."

Açıq-saçıq obrazlara çəkilə bilərəm, mənim üçün maraqlı deyil kim nə danışır...

Əməkdar artist Vəfa Zeynalova filmlərdəki açıq-saçıq səhnələrdən söz açıb. Aktrisa "MTV Azərbaycan"a açıqlamasında bildirib ki, lazım gələrsə, filmlərdə açıq-saçıq səhnələrdə rol alar: "Əgər tamaşada lazım gəlsə, zümzümə də edərəm. Amma müğənnilik fəaliyyəti göstərmərəm. Aktrisayam, sənətimi sevirəm, ona vurğunam. Mənim də ailəmdə qısqanclıqlar olub. Amma qarşıma işimlə bağlı qadağalar qoymayıb. O bilir ki, aktrisanın həyat yoldaşıdır, sıradan bir xanımın yox. Açıq-saçıq obraz ssenari baxımından öz yerini tutursa, əsaslıdırsa, film üçün əsasdırsa, onu oynayaram. Mənim üçün maraqlı deyil kim nə danışır".

D
demokrat.az