İdman

Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçildi

Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçildi

Tomas Bax növbəti dəfə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti seçilib.

Demokrat.az-ın məlumatına görə, seçki IOC-un 137-ci Sessiyasında baş tutub.

Bax bu posta yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.

Qeyd edək ki, Tomas Bax 2013-cü ildən IOC-un prezidentidir.

D
demokrat.az