Sosial

Yaşayış minimumu 180 manat oldu

Yaşayış minimumu 180 manat oldu

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin ehtiyac meyarı və yaşayış minimumu yekun- üçüncü oxunuşda təsdiqlənib.

“2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

D
demokrat.az